logo
06.09.2010    08:02
english  |  azərbaycan  |  русский


PAŞA Bankın təsis etdiyi “Tamaşaçıların simpatiyası prizi”nin səsvermə nəticələri !


 

 
1 EUR 1,0386
1 USD 0,8045
1 RUR 0,023

 

 

AVRO-2009: YENİ OLİMPİYA DÖVRÜNÜN İLK VACİB ÇEMPİONATI


15-17 may 2009-cu ildə Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçiriləcək. Heydər Əliyev adına İdman-Konsert Kompleksində üç gün davam edəcək yarışda 32 ölkənin 186 gimnastı medallar uğrunda mübarizə aparacaq. Fərdi proqramda 31 ölkənin 75 idmançısı, yeniyetmələrin qrup komanda mübarizəsində isə 17 kollektiv 6 dəst medalın müqəddəratını həll edəcək. Bu çempionatda Azərbaycanın idman şərəfini fərdi proqramda Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı, qrup komandalarının mübarizəsində isə Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova qoruyacaqlar. Bakı arenasında Olimpiya çempionu Yevgeniya Kanayeva, 2005-ci ilin mütləq dünya çempionu Olqa Kapranova, 2006-cı ilin mütləq Avropa çempionu Vera Sesina (hamısı Rusiya), hazırkı dünya çempionu Anna Bessonova (Ukrayna), həmçinin Svetlana Rudalova (Belarus) və İrina Risenzon (İsrail) kimi tanınmış gimnastlar, həmçinin qeyd olunan ölkələrin yeniyetmələrdən ibarət qrup komandaları mübarizə aparacaqlar. 25 sıra nömrəli yubiley Avropa çempionatı yeni Olimpiya mərhələsində ilk vacib yarış olacaq. Bakı avroturniri London-2012 Olimpiya Oyunlarına gedən yolun başlanğıcıdır. Yəni yeni dördilliyin ilk mərhələsi məhz paytaxtımızda başlayacaq. Əlbəttə ki bu, yeni adların üzə çıxmasına təsir göstərəcək. Bakıda təşkil olunacaq Avropa çempionatının rəsmi loqotipində Azərbaycan milli bayrağının rənglərindən istifadə edilmiş və o, “Hisslər tufanı” adını almışdır. Çünki çempionat təkcə idman yarışı deyil. Bu, Bakı üçün əlamətdar hadisə, idmançılar üçün isə ümidlərin gerçəkləşdiyi, “ulduzlar”ın parladığı yerdir. Burada idmançılar uzun müddət uğrunda çalışdığı və gözlədiklərinin şahidi olur. Və bu burulğanda arzular, istəklər, emosiyalar var. Bakı avroturnirində gimnastların talismanı şən və yaraşıqlı, “Gözəl” adlı qəzal olacaq. O, çempionat ərzində yüksək əhval-ruhiyyə yaradacaq, bütün iştirakçı və tamaşaçıları müşayiət edəcək.

 



home    search    mail  

Bu çempionatda Azərbaycan komandasından neçə medal gözləyirsiniz?

1
2
3


map of capital

Bilirsinizmi:

Bədii Gimnastika üzrə Avropa Çempionatının birinci qalibi Həlimə Şuqurova olmuşdur...

Bakıda keçiriləcək Bədii Gimnastika üzrə növbəti Avropa Çempionatı sayca 25-cidir...

Bədii Gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi etmək şərəfinə daha çox İspaniya layiq görülmüşdür...

www.navigator.az - "Bakının kataloqu"


 

 


© Azərbaycan Gimnastika Federasiyası
Sayt tərtibatı, Coloritm